Su-34-lər Ukraynanı belə bombaladı - VİDEO

   Su-34-lər Ukraynanı belə bombaladı -    VİDEO
  20 Aprel 2022    Oxunub:1195
Rusiya Müdafiə Nazirliyi Su-34 bombardımançı qırıcılarının cəbhəboyu Ukrayna hərbi mövqelərini necə bombalamasını əks etdirən video yayıb.
Rusiyalı general Ukraynanın yeni itkilərini açıqladı - VİDEO
AzVision.az xəbər verir ki, görüntülərdə Su-34-ün bombalarla havaya qalxması əks olunub. Daha sonra havadan çəkilmiş videoda binalarına hava hücumu əks olunub. Videodakı binalar Mariupoldakı “Azovstal” zavodunun binalarına bənzəyir.

Müdafiə nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, ekipaj üzvləri döyüş tapşırığını yerinə yetirərkən hərbçilərin məskunlaşdığı möhkəmləndirilmiş tikililərə, silah-sursat anbarların hava hücumları həyata keçirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti