"Yerusəlimdə Putinlə Zelenski arasında görüş keçirməyə hazırıq"

   "Yerusəlimdə Putinlə Zelenski arasında görüş keçirməyə hazırıq"
  20 Aprel 2022    Oxunub:989
İsrail Qüdsdə Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş keçirməyə hazır olduğunu təsdiqləyib. AzVision.az xəbər verir ki, bu barədə TASS-a İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi məlumat verib.
- Əlbəttə, hazırıq. Ancaq yenə də onlar (Putin və Zelenski-red.) müvafiq qərar qəbul etməlidirlər, - səfir jurnalistin sualına cavabında deyib.

Ben Zvi qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda olduğu kimi Qüdsdə də görüşlər keçirə bilərlər.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet müntəzəm əlaqələri davam etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail  



Xəbər lenti