Ermənistan rus dili müəllimlərinin sayını artırır

Ermənistan rus dili müəllimlərinin sayını artırır
  20 Aprel 2022    Oxunub:699
Ermənistanda rus dili, eləcə də təbiət elmlərini rus dilində tədris edən müəllimlərin sayı artırılacaq. AzVision.az xəbər verir ki, bununla bağlı razılaşma Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyanla rusiyalı nazir Valeri Falkov arasında keçirilən görüşdə əldə olunub.
Görüş zamanı Rusiya və Ermənistan arasında elm və təhsil əlaqələrinin inkişafı və Rusiya-Ermənistan (Slavyan) Universitetinin fəaliyyəti ilə bağlı yeni hökumətlərarası saziş layihəsinin hazırlanması prosesi müzakirə olunub.

Vahram Dumanyan və Valeri Falkov 2022-ci ildə Ermənistanda erməni-rus gənclər forumunun keçirilməsinə də razılaşıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti