Müharibə iştirakçıları İrəvanda aclıq aksiyasına başlayıblar

   Müharibə iştirakçıları İrəvanda aclıq aksiyasına başlayıblar
  20 Aprel 2022    Oxunub:725
Ermənistanda 44 günlük müharibənin iştirakçısı olan Nver Kirakosyan adlı ictimai fəal aclıq aksiyası keçirir. AzVision.az xəbər verir ki, o, Facebookda canlı yayıma çıxaraq hökumətin yürütdüyü xarici siyasətə qarşı belə addım atdığını açıqlayıb. Ona bir neçə keçmiş döyüşçü yoldaşı da qoşulub
- Aclıq aksiyamız müstəqillik dövrü nəslinin kritik məqamda bir araya gəlib öz dəyərlərini müdafiə etməyə hazır olub-olmamasının göstəricisidir. Biz ləyaqətimizin qırmızı xəttinin kənarına çatmışıq və vəziyyətin mürəkkəbliyindən çıxış edərək belə radikal addımlar atmaq qərarı verdik, - etiraz edən müharibə iştirakçısı deyib.

Kirakosyan onu da əlavə edib ki, müharibə iştirakçılarının çoxu aclıq aksiyasına qoşulmağa gəlsə də, o və Artur Avaqyan onlara bu cür etiraza başlamağa imkan vermir. Lakin o, erməni gəncləri aprelin 20-də saat 19:30-da Azadlıq meydanına gəlməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aclıq-Aksiyası  



Xəbər lenti