Slovakiyanın keçmiş daxili işlər naziri tutuldu

Slovakiyanın keçmiş daxili işlər naziri tutuldu
  21 Aprel 2022    Oxunub:958
Slovakiyanın keçmiş daxili işlər naziri Robert Kalinak həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin təmsilçisi Mixal Slivka məlumat verib. O bildirib ki, uzun illər Slovakiyanın Baş naziri olmuş Robert Fitso və keçmiş daxili işlər naziri R. Kalinak cinayətkar dəstə yaratmaq və başçılıq etməkdə ittiham olunurlar. Cinayətkarlığa qarşı Mübarizə üzrə Milli Agentlik (NAKA) hər iki şəxsə qarşı cinayət işi açıb, sonuncu barədə isə həbs qətimkan tədbiri seçilib.

R. Fitso hazırda parlament üzvü olduğuna görə immunitetə malikdir və onun cinayət təqibi və həbsi üçün parlament tərəfindən deputat mandatından məhrum edilməlidir.

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti