Mariupol xəstəxanasında 26 mülki şəxsin cəsədi tapılıb

   Mariupol xəstəxanasında    26    mülki şəxsin cəsədi tapılıb
  21 Aprel 2022    Oxunub:872
Ukraynada xeyli sayda dinc sakinin qətlə yetirilməsi ilə bağlı daha bir fakt aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, meyitlərin hamısı bir binada tapılıb.
"Donetsk Xalq Respublikası"ndan olan hərbi ekspertlərdən ibarət əməliyyat qrupu Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndələri ilə birgə Mariupoldakı 4 saylı xəstəxananın ərazisinə baxış keçiriblər. Buradan 26 dinc sakinin meyiti tapılıb. Onlar "Azov" batalyonunun millətçiləri tərəfindən kütləvi atəşə tutulub. Məlumatı "DXR"in Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəliyi məlumat verir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Cəsəd   Mariupol  



Xəbər lenti