"Bəzi NATO ölkələri müharibənin davam etməsində maraqlıdır"- Çavuşoğlu

   "Bəzi NATO ölkələri müharibənin davam etməsində maraqlıdır"-    Çavuşoğlu
  21 Aprel 2022    Oxunub:1120
NATO-da Ukrayna müharibəsinin davam etməsində maraqlı olan ölkələr var. Çünki bu, Rusiyanı zəiflədə bilər.AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk-ə müsahibəsində deyib.
Ukrayna-Rusiya danışıqlarına gəlincə, Çavuşoğlu qeyd edib ki, Türkiyə tərəfi Antalyada keçirilən danışıqlardan (martın 10-da - red.) nə isə ciddi bir nəticə çıxacağını gözləmirdi. Sadəcə tərəfləri bir araya gətirmək vacib idi.

- İstanbul danışıqlarından sonra böyük ümidlər bəsləyirdik. Lakin qətliamın şəkilləri (Buçadakı - red.) ortaya çıxanda onlar İstanbul razılaşmasından uzaqlaşdılar. Amma hər iki tərəf hələ də danışıqlar aparır, - nazir deyib.

Eyni zamanda o, Ukrayna və Rusiya prezidentlərinin istənilən vaxt görüşə biləcəyini də istisna etməyib.

- İki liderin görüşü müzakirə olunur. Əgər Putinlə Zelenski arasında görüş baş tutsa, o zaman bu, İstanbul və ya Antalyada ola bilər, - Çavuşoğlu vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti