Boris Conson hindistanda Ukraynanı müzakirə edəcək

Boris Conson hindistanda Ukraynanı müzakirə edəcək
  21 Aprel 2022    Oxunub:1320
Böyük Britaniyanın Baş naziri Boris Conson və onun hindistanlı həmkarı Narendra Modi arasında gözlənilən görüşdə Moskva ilə Yeni Dehli arasında münasibətlər müzakirə olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Hindistana səfərə gələn Boris Conson "Sky News" açıqlamasında deyib.

“Düşünürəm ki, hamı başa düşür ki, Hindistan və Rusiya arasındakı münasibətlər tarixən son bir neçə onillikdə Rusiyanı Böyük Britaniya ilə birləşdirən münasibətdən çox fərqli olub.Biz bu faktı nəzərə almalıyıq və təbii ki, bu barədə Narendra Modi ilə danışacağam”, - Conson bildirib. O, əlavə edib ki, tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.

Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniya kimi Hindistan da karbohidrogenlərin idxalından asılılığını azaltmalıdır və iki ölkə bu istiqamətdə əməkdaşlıq edə bilər. O, həmçinin bəyan edib ki, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirmək imkanları var.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Britaniya   Hindistan  



Xəbər lenti