Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

   Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
  21 Aprel 2022    Oxunub:635
“Belqrad Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdə Qərbin arxasınca getməyəcək, çünki bu, Serbiyanın milli maraqlarını təhlükə altına salacaq”. AzVision.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə müsahibəsində Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının icmaya üzv olmaq istəyən dövlətlərə çağırışlarına baxmayaraq, Belqrad tərəf tutmayacaq:

“Onlar tərəf seçməkdən danışırlar, amma bizim öz maraqlarımız, Serbiyanın maraqları var. - Bizi 1999-cu ildə 19 NATO ölkəsi bombaladı və sanksiyalar tətbiq etdi. Biz heç kimə sanksiya tətbiq etməmişik, çünki onların nəyisə dəyişdirəcəyinə inanmırıq”.

O, həmçinin vurğulayıb ki, Belqradın Rusiyadan gələn təbii qaza alternativi yoxdur. Rusiya karbohidrogenlərinin tədarükü ilə bağlı uzunmüddətli müqavilə gələn ay başa çatır və Vuçiç Serbiyanın yeni uzunmüddətli müqavilə imzalamaqda maraqlı olduğunu vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Serbiya  



Xəbər lenti