Estoniyada “Georgiyev lenti”, Z və V işarələri qadağan edildi

   Estoniyada    “Georgiyev lenti”, Z və V işarələri qadağan edildi
  21 Aprel 2022    Oxunub:1204
Estoniya parlamenti "Georgiyev lenti", həmçinin Z və V işarələrinin nümayişini qadağan edən qanun dəyişikliyini qəbul edib. AzVision.az xəbər verir ki, bu barədə Estoniya Milli Yayım Korporasiyası (ERR) məlumat yayıb. Sənədin təsdiqinə 84 deputatdan 69-u səs verib.
Sənəd Z və V hərflərini, həmçinin “Qələbə Günü ilə bağlı” simvolları nümayiş etdirən fiziki şəxslərin 1,2 min avro məbləğində cərimələnməsini nəzərdə tutur. Hüquqi şəxslər üçün cərimə 32.000 avro olacaq.

Bundan əlavə, qanun layihəsi təcavüz aktı törədən ölkənin silahlı qüvvələrinə qoşulan şəxslərin cəzalandırılmasını nəzərdə tutur. Belə bir dövlətin maliyyələşdirilməsi də cinayət sayılacaq. Bu halda qanunu pozan şəxsləri 5 ilə qədər həbs gözləyir. Hüquqi şəxslər üçün cərimə nəzərdə tutulur.

Qeyd edək ki, bu lent Rusiya imperiyasının atributlarından sayılır. Osmanlı ilə Çar Rusiyası arasında müharibə zamanı II Yekaterina Georgiyevsk Ordeninin təsis edilməsi barədə fərman imzalayıb. Bu ordenlə müharibədə şücaət göstərən Rusiya əsgər və hərbçiləri təltif olunurdu. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1942-ci ildə, İkinci dünya müharibəsi zaman “Qvardiya” döş nişanı təsis olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Estoniya  



Xəbər lenti