Vilnüsdə müharibə qurbanlarına dair abidə üçüncü dəfə təhqir edildi

   Vilnüsdə müharibə qurbanlarına dair abidə üçüncü dəfə təhqir edildi
  21 Aprel 2022    Oxunub:889
Litvada Holokost qurbanlarının və İkinci Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə növbəti dəfə təhqir edilib. AzVision.az xəbər verir ki, bu barədə Litva Polis Departamenti məlumat yayıb.
"Vilnüsdə, Aqrastu küçəsində Paneriai memorialının abidəsi üzərinə iki V hərfi çəkilib... Məsələ araşdırılır", - məlumatda deyilir.

Qeyd edk ki, bu, aprelin əvvəlindən bəri məlum abidənin təhqir olunması ilə bağlı sayca üçüncü haldır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti