“İlin adamı” - İlham Əliyev

 “İlin adamı” - İlham Əliyev
  04 Aprel 2013    Oxunub:1538
Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı Azərbaycan prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan edib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, İ. Əliyev “İlin adamı” mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.


Teqlər:





Xəbər lenti