Yola düşməzdən əvvəl 55 yaşlı idmançı pərəstişkarları ilə foto çəkdirib. Onlardan biri israrla Taysonla danışmağa çalışıb və həmin şəxsin bezdirici hərəkətləri idmançının qəzəbinə səbəb olub. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirib. Zərərçəkmişdə qan izlərinin olduğu qeyd edilir. Şahidlərin sözlərinə görə, Tayson hadisədən dərhal sonra təyyarəni tərk edib.
Qeyd edək ki, 2005-ci ildə Tayson Braziliyalı televiziya operatoruna hücum etmişdi. Bu, gecə klublarından birində baş verib. İdmançı operatorun videokamerasını əlindən alaraq onla jurnalisti vurmuşdu.
Tayson 1987-1990-cı illərdə ağır çəkidə dünya çempionu olub. Onun peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.
Şahanə Rəhimli
AzVision.az