Bəzi Avropa ölkələri Rusiya neftinə qadağa qoyulmasına qarşıdır

   Bəzi Avropa ölkələri Rusiya neftinə qadağa qoyulmasına qarşıdır
  22 Aprel 2022    Oxunub:1043
“Avropa İttifaqı (Aİ) hələ ki, Rusiya neftinin tədarükünə mərkəzləşdirilmiş məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır, çünki Aİ-nin bir neçə üzv ölkəsi belə bir qərar səsverməyə çıxarılacağı təqdirdə onun qarşısını almaqla hədələyib”. AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
“Bu, çox çətin olacaq, çünki bəzi iştirakçı ölkələr artıq istənilən kollektiv qərara veto qoyacaqlarını bəyan ediblər. Aİ ölkələri könüllü əsaslarla Rusiyadan neft idxalını mərhələli şəkildə azaldır”, - Borrel əlavə edib. Onun sözlərinə görə, ortamüddətli perspektivdə avropalılar bu və ya digər şəkildə Rusiyanın enerji daşıyıcılarından imtina etməli olacaqlar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:   Neft  



Xəbər lenti