Ukraynanın müdafiə naziri BMT və ATƏT-i əvəz etməyə çağırdı

   Ukraynanın müdafiə naziri BMT və ATƏT-i əvəz etməyə çağırdı
  22 Aprel 2022    Oxunub:1210
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna ətrafındakı vəziyyəti həll edə bilməyiblər və onları daha effektiv qurumlar əvəz etməlidir. AzVision.az xəbər verir ki, bu fikri Ukraynanın müdafiə naziri Aleksey Reznikov “The Wall Street Journal” jurnalında dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, bu təşkilatlar uğursuzluğa düçar olub: “Onlardan əvvəlki Millətlər Liqası kimi, onlar da təkcə fövqəldövlətlərin deyil, bütün dövlətlərin maraqlarına xidmət etməyə qadir olan yeni və daha effektiv beynəlxalq institutlar toplusu ilə əvəzlənməlidir”.

Ukraynalı nazirin sözlərinə görə, istənilən təcavüzkar qabaqlayıcı tədbirlər mexanizmi vasitəsilə qaçılmaz cəza ilə üzləşməlidir: “Qərb dövlətləri Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etsəydilərdi, Ukraynanı hərbi əməliyyatlar başlamazdan əvvəl kifayət qədər sayda raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin etsəydilərdi, indiki vəziyyət fərqli ola bilərdi”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna   BMT  



Xəbər lenti