Finlandiya yaxın həftələrdə NATO-ya üzvlük üçün müraciət edəcək

   Finlandiya yaxın həftələrdə NATO-ya üzvlük üçün müraciət edəcək
  22 Aprel 2022    Oxunub:761
“Finlandiya yaxın həftələrdə NATO-ya üzvlük üçün müraciət edəcək”. AzVision.az xəbər verir ki, bu barədə Finlandiya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini, Finlandiyanın keçmiş xarici işlər naziri Erkki Tuomioya jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Finlandiyanın NATO-ya üzvlük üçün müraciət edəcəyi aydın görünür və bu barədə isveçliləri məlumatlandırmaq vacibdir: “Finlandiya yaxın həftələrdə, yazda NATO-ya üzv olmaq üçün ərizə təqdim edəcək. Çünki, həm ictimai rəydə, həm də parlamentdə bunu istəyən güclü insanlar var. O da məlum oldu ki, İsveçin nə etməsindən asılı olmayaraq Finlandiya öz qərarlarını verə bilər”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti