Ukrayna 2024-cü ildə Aİ-yə tam üzv olmaq istəyir

   Ukrayna 2024-cü ildə Aİ-yə tam üzv olmaq istəyir
  22 Aprel 2022    Oxunub:1015
“Ukrayna 2024-cü ildə tam şəkildə Avropa Birliyinə üzv olmalıdır”. AzVision.az xəbər verir ki, bunu Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko deyib. “Bu yay Aİ üzvlüyünə namizəd statusunu alacağımızı gözləyirik. Müraciətimizin birinci hissəsi artıq təqdim olunub.
Eyni sürətlə, biz gələcək Aİ üzvü kimi Ukraynanın bütün tələblərini yerinə yetirəcəyik. Bu, bizim əsl demokratiyaya və azadlığa aparan yoldur”,-deyə, o bildirib.

Nazir əlavə edib ki, Ukrayna 2024-cü ildə Avropa İttifaqının tamhüquqlu üzvü olmasını gözləyir: “Ukrayna üçün 24 ay ərzində nəqliyyat və sosial infrastrukturun maksimum bərpasını təmin etmək vacibdir. Ukrayna tərəfi təkid edəcək ki, ölkədəki bütün dağıntıların pulunu Rusiya ödəsin”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti