"Zabitlərimiz müharibədə vəzifələrini layiqincə yerinə yetirməyiblər" - Davtyan

   "Zabitlərimiz müharibədə vəzifələrini layiqincə yerinə yetirməyiblər" -    Davtyan
  22 Aprel 2022    Oxunub:825
2021-ci ildə 44 günlük müharibə zamanı törədilmiş cinayətlər üzrə 2150 cinayət işi araşdırılıb. 800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Artur Davtyan parlamentdə çıxışı zamanı məlumat verib.

- Artıq 55 nəfərin işi məhkəməyə göndərilib, onların bəzilərinə hökm oxunub. Bağlanmış işlərin araşdırılmasına əsasən, ümumilikdə deyə bilərik ki, bir çox zabitlər, o cümlədən yüksək rütbəli zabitlər hərbi əməliyyatlar zamanı öz vəzifələrini layiqincə yerinə yetirməyiblər, – Davtyan deyib.

O qeyd edib ki, prokurorluq cinayət işlərinin obyektiv araşdırılmasında, müharibədə xoşagəlməz hallara yol vermiş, cinayət törətmiş və ya qanunsuzluqlara yol vermiş hər kəsin məsuliyyətə cəlb edilməsində maraqlıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti