"Kiyevdə 1084 mülki şəxs öldürülüb" - Andrey Nebitov

   "Kiyevdə 1084 mülki şəxs öldürülüb" -     Andrey Nebitov
  22 Aprel 2022    Oxunub:983
Ukrayna Kiyev vilayətində öldürülən vətəndaşların sayını açıqlayıb. AzVision.az xəbər verir ki, Kiyev vilayətinin polis rəisi Andrey Nebitov məlumat yayıb.
Onun sözlərinə görə, rus hərbçilər tərəfindən azı 1084 dinc sakin qətlə yetirilib. Nebitov qeyd edib ki, 300-dən çox adamın şəxsiyyəti bu günə qədər müəyyən edilməyib.

- Hazırda ölənlərin sayı 1084-dür. Müstəntiqlər onlarla bağlı araşdırmalar aparırlar. Bunlar nə ərazi müdafiəsi, nə də hərbi birləşmələrlə heç bir əlaqəsi olmayan mülki şəxslərdir. Böyük əksəriyyəti atıcı silahlarla öldürülən insanlardır, - Nebitov deyib.

O əlavə edib ki, 300-dən çox adamın kimliyi müəyyən edilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev  



Xəbər lenti