Arizonada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub

Arizonada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub
  22 Aprel 2022    Oxunub:802
ABŞ-ın Arizona ştatının qubernatoru Doq Ducey cümə axşamı Coconino qraflığında güclü küləklə şiddətlənən meşə yanğını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
AzVision.az xəbər verir ki, Flaqstaf şəhərindən təxminən 22 kilometr şimalda başlayan yanğın 8000 hektar əraziyə yayılıb. Ducey verdiyi açıqlamada, yanğından zərər çəkmiş bölgələrə və insanlara maddi yardımın göstəriləcəyini söyləyib. Coconino qraflığından verilən məlumata görə, ərazidəki 800 evin sakinləri təxliyə olunub. Yanğının söndürülməsinə 370-dən çox yanğınsöndürən cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Aydan Mustafayeva
AzVision.az




Teqlər:



Xəbər lenti