Niderland Rusiyanın 632 milyon avro aktivlərini dondurdu

Niderland Rusiyanın 632 milyon avro aktivlərini dondurdu
  22 Aprel 2022    Oxunub:629
Niderlandın hakimiyyət orqanları Rusiyaya məxsus 632,9 milyon avro dəyərində aktivləri dondurub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Vopke Hukstranın Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsi ilə bağlı vəziyyətə dair nümayəndələr palatasına (parlamentin aşağı palatası) ünvanladığı məktubunda deyilir. Bundan başqa, Niderland tərəfi Rusiyanın 274,3 milyon avroluq əməliyyatlarını da bloklayıb.

Niderland Gömrük İdarəsi də öz növbəsində Moskvaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində artıq 20 yaxtanın gücləndirilmiş gömrük nəzarəti altına alındığını bildirib.

AzVision.az



Teqlər: Niderland  





Xəbər lenti