"Putin "Azovstal"a FTX və Qvardiya ilə hücum edəcək" - Skibitski

   "Putin "Azovstal"a FTX və Qvardiya ilə hücum edəcək" -    Skibitski
  22 Aprel 2022    Oxunub:1190
Rusiya Mariupoldakı “Azovstal” zavoduna hücumdan tam imtina etməyib və ora Milli Qvardiya və Federal Təhlükəsizlik Xidmətinin (FTX) təmsilçilərini göndərməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Putinin Şoyqunun "Azovstal"a kütləvi şəkildə basqın etmək ideyasını dəstəkləmədiyi barədə məlumatı şərh edən Skibitski vurğulayıb ki, Rusiya rəhbərliyi həmişə olduğu kimi, qeyri-ciddi davranış sərgiləyir.

- Ruslar həqiqətən də "Azovstal"a genişmiqyaslı hücumdan imtina edə bilərlər. Amma bizdə olan məlumata görə, onlar bizim müqavimətimizi qırmaq üçün zavoda hücumları davam etdirəcəklər və bunun üçün proseslərə Milli Qvardiyanı, digər strukturları, o cümlədən FTX strukturlarını cəlb etməyi planlaşdırırlar, - Skibitsky deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Putin  



Xəbər lenti