Rusiyaya qarşı 6-cı sanksiyalar hazırlanır

Rusiyaya qarşı 6-cı sanksiyalar  hazırlanır
  22 Aprel 2022    Oxunub:747
Avropa İttifaqı gələn həftə Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Aİ-yə üzv ölkələr gələn həftənin əvvəlində bunu müzakirə etməyə başlayacaqlar.

Altıncı sanksiyalar paketinə Rusiyadan neft idxalına bəzi qadağalar daxildir. Bundan əlavə, yeni Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemi ilə əlaqəsi kəsiləcək. Bu dəfə "Sberbank" və "Qazprombank" da sanksiyalara məruz qala bilər.

Xatırladaq ki, Ukrayna Rusiyadan enerji idxalına qadağa qoyulması tələbi ilə Aİ-yə müraciət etmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti