“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
“Azercell Telekom” MMC cari ilin birinci rübü ərzində Əlaqə Mərkəzinə daxil olan zənglərin statistikasını da açıqlayıb. Belə ki, ötən il Azercell-in Əlaqə Mərkəzinə 1 milyona yaxın zəng daxil olub və bu zənglərin 98%-i cavablandırılıb. Bu müraciətlərin təxminən 28 000 -i Azercell Premium dəstək xəttinə, 34 000-i isə Korporativ müştərilərə xidmət göstərən Telefon Mərkəzinə ünvanlandırılıb. Şirkətin Əlaqə Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 93%-dən çox təşkil edib.
Ümumilikdə Telefon Mərkəzinə daxil olmuş müraciətlərin ortalama cavablanma müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Müraciətlərin məzmununa gəlincə, fərqli kanallar vasitəsilə daxil olan sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara aid məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
Qeyd edək ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” tətbiqi də abunəçi sorğularının həlli istiqamətində atılmış ən böyük addımlardan biridir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və xidmətlərə qoşulmaq da mümkündür.
Azercell Müştəri Xidmətləri sahəsində həyata keçirdiyi yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Bu sahədə ölkəmizdə örnək olan Azercell fəaliyyət dövrü ərzində “ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq” sertifikatına, eləcə də “ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar” və “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatlarına layiq görülmüşdür.
Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.