Rusiyada şaxtada partlayış olub

Rusiyada şaxtada partlayış olub
  23 Aprel 2022    Oxunub:1609
Rusiyada şaxtalardan birində partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hadisə Orenburq vilayətində olub. İlkin məlumata görə 88 nəfər işçi şaxtadan çölə çıxmağa müvəffəq olub. Üç nəfərin taleyi isə hələlik naməlum olaraq qalır.

Xatırladaq ki, Rusiyada martın 22-də də şaxta qəzası baş vermişdi. Həmin vaxt Kuzbasdakı “Osinnikov” şaxtasındakı faciə zamanı 73 şaxtaçı yer səthinə çıxarılsa da, 1 nəfər dağıntılar altında qalmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Şaxta   Rusiya  



Xəbər lenti