İtaliyalı general: "ABŞ və Britaniya sülh istəmir"

      İtaliyalı general:    "ABŞ və Britaniya sülh istəmir"
  23 Aprel 2022    Oxunub:1523
ABŞ və Böyük Britaniya rəhbərliyi Ukrayna böhranına son qoymaqda maraqlı deyil. AzVision.az xəbər verir ki, bunu İtaliya Hərbi Hava Qüvvələrinin keçmiş qərargah rəisi, general Leonardo Trikariko "La7" telekanalına müsahibəsində deyib.
- Düşünürəm ki, problemin kökü bundadır. Baydenin, Stoltenberqin, ABŞ Dövlət Katibinin, Boris Consonun, Baltikyanı ölkələr, Polşa təmsilçilərinin ağzından bir dəfə də olsun "Danışıqlar” sözü çıxmayıb, - general gileylənib.

Onun sözlərinə görə, adını çəkdiyi şəxslərin nəinki ictimai çıxışlarında, digər danışıqlarında belə “atəşkəs” və ya “danışıqlar” ifadələrinə rast gəlmək olmaz.

- Çünki onlar açıq-aydın sülh istəmirlər. Mən nə danışdığımı bilirəm. Co Bayden sülh istəmir və əgər Co Bayden bunu istəmirsə, başqaları da istəmir, - Trikariko deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: General   ABŞ   Bayden   Ukrayna  



Xəbər lenti