“Moskva” kreyserindən 27 nəfər itkin düşüb

 “Moskva” kreyserindən  27 nəfər itkin düşüb
  23 Aprel 2022    Oxunub:1628
Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə batmış “Moskva” kreyserində yanğın zamanı heyət üzvlərindən 27 nəfər itkin düşüb, 1 nəfər həlak olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edək ki, aprelin 13-də Rusiyanın raket daşıyan “Moskva” hərbi gəmisində göyərtəsində olan sursatın alovlanması nəticəsində yanğın baş verib. Sonradan təmir üçün limana aparılan gəmi qasırğa nəticəsində batıb. Kreyserdə olan heyətin 396 nəfəri xilas edilib, 27 nəfər itkin düşüb, 1 nəfər həlak olub.

AzVision.az



Teqlər: Moskva  



Xəbər lenti