"Rusiya Donbasa mindən çox "vaqnerçi" göndərə bilər" - NATO rəsmisi

   "Rusiya Donbasa mindən çox "vaqnerçi" göndərə bilər" -    NATO rəsmisi
  23 Aprel 2022    Oxunub:1324
Rusiya Ukraynanın şərqində “Vaqner” özəl hərbi şirkətinin muzdlularından istifadə edir və belə döyüşçülərin 1000-dən çoxunu əməliyyatlara cəlb edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu NATO-nun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

- Biz artıq Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Ukraynanın şərqində fəaliyyət göstərdiyini görmüşük və onların döyüş əməliyyatları aparmaq üçün mindən çox muzdlu ilə yanaşı tşəkilatın yüksək rütbəli üzvlərini bölgəyə göndərəcəyini gözləyirik, - NATO rəsmisi deyib.

Eyni zamanda, o qeyd edib ki, Moskva itkiləri tənzimləmək üçün müharibəyə muzdluları, əcnəbi döyüşçüləri cəlb etsə də, bu qrupların Ukraynada yerləşən Rusiya bölmələrinə necə inteqrasiya olunacağı və bunun onların döyüş səmərəliliyinə necə təsir edəcəyi hələ də bəlli deyil. .

NATO-nun məlumatına görə, hazırda Rusiyanın Ukraynada 80-dən çox batalyon taktiki qrupu var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   NATO  



Xəbər lenti