Rusiya helikopterləri Ukrayna mövqelərinə hücum edib - VİDEO

   Rusiya helikopterləri Ukrayna mövqelərinə hücum edib -    VİDEO
  23 Aprel 2022    Oxunub:1677
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlara dair yeni video yayıb.
AzVision.az xəbər verir ki, nazirliyin məlumatında Rusiya Aerokosmik Qüvvələrinin "Ka-52" hücum helikopterlərinin Ukrayna qoşunlarının hərbi texnikasına hücum etdiyi bildirilir. Nəticədə bir tank, piyadaların döyüş maşını və döyüş mövqeyi vurulub.

"Döyüş tapşırığını yerinə yetirərkən ordu aviasiyasının pilotları cüt şəkildə hərəkət edərək Ukrayna Silahlı Qüvvələrinin aşkar edilmiş zirehli texnikasına və kamuflyaj edilmiş mövqelərinə raket zərbələri endiriblər”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti