Ukraynada yaralanan uşaqların sayı artıb

   Ukraynada yaralanan uşaqların sayı artıb
  23 Aprel 2022    Oxunub:1609
595 ukraynalı uşaq Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün qurbanı olub. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"Aprelin 23-ü səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının ölkəmizə genişmiqyaslı silahlı müdaxiləsi nəticəsində 595-dən çox uşaq xəsarət alıb. Son iki gündə ölən uşaqların rəsmi sayı dəyişməyib - 208. Yaralananların isə sayı artıb - 387", -məlumatda deyilir.

Qeyd edilir ki, bu rəqəmlər də yekun statistika sayılmır. Çünki aidiyyəti qurumlar müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bəlli səbəblərdən operativ işləyə bilmirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti