"Buçada rusların öldürdüyü 412 cəsəd aşkarlanıb" - Mer

   "Buçada rusların öldürdüyü 412 cəsəd aşkarlanıb" -     Mer
  23 Aprel 2022    Oxunub:1398
Bu günə kimi Buçada rus işğalçıları tərəfindən işgəncələrə məruz qalan 412 şəhər sakininin cəsədi tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Buça şəhərinin meri Anatoli Fedoruk məlumat yayıb. O qeyd edib ki, Kiyev vilayətində öldürülən hər üçüncü şəxs buçalı olub.
- Buçada biz mühüm və mürəkkəb prosesi başa çatdırırıq. Bu, ərazimizdə öldürülənlərin cəsədlərinin toplanması və eksqumasiyasıdır. Bu günə olan rəqəm 412-dir. Amma ölü sayı yenə də istirahətsiz çalışan müstəntiqlər və ekspertlər səviyyəsində dəqiqləşdiriləcək. Bu o deməkdir ki, Kiyev vilayətində ölən hər üçüncü şəxs Buçadandır, - mer deyib.

Ukrayna Ordusu: "Buça qətliamını törədən briqadadan qisas alındı"
Onun sözlərinə görə, yaralıların statistikası isə hələ də davam etdirilir.

Mer qeyd edib ki, 30-u qadın və 2-si uşaq olmaqla, ümumilikdə 117 cəsədin çıxarıldığı Müqəddəs Endryu kilsəsinin yaxınlığında yerləşən kütləvi məzarlıqla bağlı iş ayrıca araşdırılır.

- Orada işğalçılar tərəfindən öldürülmüş və işgəncələrə məruz qalmış, yanmış dinc sakinlərin cəsədləri var. Xəstəxanada olmuş elə xəstələri var ki, onları fevralın 24-dən sonra dəfn etmək mümkün olmayıb. Çünki ruslar qəbiristanlıqda ritual xidmətlərə icazə vermirdilər. Ukrayna silahlı qüvvələrdən də bir neçə nəfər var, - Fedoruk qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Buça   Rusiya  



Xəbər lenti