"ABŞ biosilahlarla bağlı müqavilələri pozur" - Kirilov

   "ABŞ biosilahlarla bağlı müqavilələri pozur" -   Kirilov
  23 Aprel 2022    Oxunub:927
Birləşmiş Ştatlar beynəlxalq öhdəliklərinə zidd olaraq öz milli qanunvericiliyində bioloji silahlar sahəsində işlərin aparılmasına icazə verən normaları saxlayıb. AzVision.az xəbər verir ki, bunu Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirilov deyib.
General şənbə günü keçirdiyi brifinqdə ABŞ və NATO-nun Rusiya Federasiyasını nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə etməkdə ittiham edən təxribat hazırlaması barədə də danışıb.

- SSRİ-də bioloji silahların yaradılması proqramları 1972-ci ildə tamamilə məhdudlaşdırılıb. ABŞ-da isə bioloji laboratoriyaların sayı digər ölkələrlə tamamilə müqayisə oluna bilməz. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vaşinqton dünyanın 30 ölkəsində 336 laboratoriyaya nəzarət edir ki, bu da ciddi narahatlıq doğurur, - Kirilov qeyd edib.

O həmçinin Qərbin "Azovstal"da kimyəvi təxribata hazırlaşdığını da iddia edib. Moskvanın zavoda hücumu təxirə salması isə bu cür arzuolunmaz planları alt-üst edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti