Erməni döyüşçüdən sərsəm çağırış: "Revanşa hazırıq"

   Erməni döyüşçüdən sərsəm çağırış:    "Revanşa hazırıq"
  23 Aprel 2022    Oxunub:964
Bir neçə gündür ki, Ermənistan paytaxtı İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçirilir. AzVision.az xəbər verir ki, hakimiyyətin yürütdüyü xarici siyasətə, Azərbaycanla sülh danışıqlarına etiraz edən müxalif siyasi qüvvələr və keçmiş döyüşçülər ölkəmiz əleyhinə də şüarlar səsləndirirlər.
Estoniya vətəndaşı olan və Qarabağ müharibəsində iştirak etmiş keçmiş döyüşçülərdən biri isə yerli mediaya həddi aşan açıqlama verib. O, "erməninin başını kəsən türklərlə sülh şəraitində yaşamaq olmaz” deyərək xalqımızı hədələyib.

- Bizim kiməsə verməyə torpaqlarımız yoxdur. Qarabağ "Artsax" (qondarma separatçı rejim-red) olub, ermənilərə də qalacaq. Ermənistan və "Artsax" xalqı yoxdur. Onların hamısı eynidir-ermənidir. Müharibədə öldürülən oğlanlarımızın qisası hələ alınmayıb. Bunun cavabı veriləcək. Biz qisas almağa, revanşa hazırıq, bu dəfəki döyüş çox məsuliyyətli və tutarlı cavab olacaq. Nəyin bahasına olursa olsun, biz son qələbəyə nail olacağıq, - erməni döyüşçü sərsəmləyib.

Qeyd edək ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra müharibə çağırışlarından yayınıb. Revanşist çıxışlar isə daha çox radikallar, müxalifət, daşnaksütyun və keçmiş döyüşçülər tərəfindən edilir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, istənilən revanşist davranışın cavabı 44 günlük müharibədən də ağır olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ  



Xəbər lenti