"861 ukraynalı hərbçi fərarilik edib" - Rusiya Müdafiə Nazirliyi
Nazirliyin məlumatına görə, ən çox fərarilik 3056 saylı hərbi hissədə (16-cı əlahiddə batalyon, Xerson) olub - 152 nəfər. Həmçinin 3014 saylı hərbi hissədə 84 nəfər, 3033 saylı hərbi hissədə 82 nəfər və 3030 saylı hərbi hissədə 79 nəfər fərarilik edib.
“37 hərbçi əmri yerinə yetirməkdən imtina edərək "Azov" alayının
da daxil olduğu 3057 saylı hərbi hissəni tərk edib" , - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


