"Artıq 6-cı gündür ki, Rusiya şərqdə zəif yerimizi tapa bilmir"

   "Artıq 6-cı gündür ki, Rusiya şərqdə zəif yerimizi tapa bilmir"
  23 Aprel 2022    Oxunub:1331
Artıq altıncı gündür ki, Rusiya işğalçı qoşunları ölkəmizin şərqində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin zəif yerlərini tapa bilmir.
AzVision.az xəbər verir ki, bunu Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.

- Gün ərzində Ukrayna ətrafında hərbi-siyasi vəziyyət ciddi şəkildə dəyişməyib. Düşmən əsas səylərini Slavyansk-Kramatorsk istiqamətində cəmləməkdə davam edir, Qulyaypol şəhəri istiqamətində hücumu inkişaf etdirməyə çalışır. Aktiv hücum-axtarış əməliyyatları aparır, müdafiəmizin zəif tərəflərini tapmağa çalışır ki, əsas zərbəni ora yönəltsin. Lakin altıncı gündür ki, buna nail ola bilmir, - Aretoviç vurğulayıb.

Həmçinin, müşavir qeyd edib ki, düşmən yenidən qruplaşır.

- Biz bu yenidən qruplaşmanın nəticələrini gözləyəcəyik. Nə isə mənə deyir ki, onlar məyus olacaqlar, - Aretoviç deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti