Rusiya ordusu Ukraynanın şərqinə doğru irəliləməyə çalışır

Rusiya ordusu Ukraynanın şərqinə doğru irəliləməyə çalışır
  23 Aprel 2022    Oxunub:1195
Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda rus qoşunları Nikolayevə doğru irəliləmək və Dnepropetrovsk vilayətinin sərhədlərinə çatmaq cəhdlərindən əl çəkmirlər.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

Donbasdakı vəziyyətdən danışan ekspert qeyd edib ki, işğalçılar bu istiqamətdə o qədər də tələsmirlər, lakin onlar Ukrayna Silahlı Qüvvələrinin bölmələrini mühasirəyə almaq cəhdlərini də dayandırmırlar.

Musienkonun sözlərinə görə, İzyum və Mariupol bölgəsində vəziyyət ağırdır.

Ekspert həmçinin qeyd edib ki, digər çətin istiqamət cənubdur, burada rus qoşunları da Maryinka bölgəsindəki qruplaşma ilə əlaqə yaratmaq üçün Qulyaipol və Poloq bölgələrində şərqə keçməyə çalışırlar.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti