Türkiyə hava məkanın Suriyaya uçan Rusiya təyyarələrinə bağlayıb
"Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi”, - Çavuşoğlu bildirib.
Rusiyalı iş adamlarının Türkiyəyə gəlməsi ilə bağlı sualı cavablandıran Çavuşoğlu, “Biz sanksiyalara qatılmayan bir ölkəyik, əgər şirkət iş görmək istəyirsə, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına əməl etməlidir”, - vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


