Rusiya hərbi elmi-tədqiqat institutundakı yanğında ölənlərin sayı 11-ə çatıb

Rusiya hərbi elmi-tədqiqat institutundakı yanğında ölənlərin sayı 11-ə çatıb
  23 Aprel 2022    Oxunub:1225
Rusiya Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Əvvəlcə yanğın zamanı 6 nəfərin həlak olduğu, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Tver şəhərində yerləşən institutun binasında yanğından sonra aparılan xilasetmə işləri zamanı daha 5 nəfərin meyiti aşkar edilib. Yanğın elektrik naqillərində qısaqapanma səbəbindən baş verib.

Qəza ilə bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutu 2014-cü ildə yaradılıb. Burada Rusiya kosmik hava müdafiəsi, hərbi kosmik fəaliyyəti, eləcə də MDB ölkələrinin birləşmiş hava hücumuna qarşı müdafiə sistemi ilə əlaqədar tədqiqatlar aparılır.

AzVision.az



Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti