Zelenski danışıqların dayandırıla biləcəyini deyib

Zelenski danışıqların dayandırıla biləcəyini deyib
  23 Aprel 2022    Oxunub:977
Ukrayna Prezidenti Vladimir Zelenski Mariupoldakı nəhəng polad zavodunda (Azovstal) sığınan ukraynalı əsgərlərin və mülki vətəndaşların Rusiya qüvvələri tərəfindən öldürüləcəyi təqdirdə Kiyevin Moskva ilə danışıqları dayandıracağını bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

"Əgər bizim Mariupoldakı əsgərlərimiz, mülki vətəndaşlarımız öldürülsə və Xerson vilayətində saxta referendum təşkil edilsə, Ukrayna istənilən danışıqlar prosesindən çıxacaq", - Vladimir Zelenski bildirib.

AzVision.az



Teqlər: Zelenski   Kiyev   Moskva  



Xəbər lenti