Fransada prezident seçkilərinin ikinci turu keçirilir

    Fransada prezident seçkilərinin ikinci turu keçirilir
  24 Aprel 2022    Oxunub:360
Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.
AzVision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-da açılıb.

Seçki məntəqələri böyük şəhərlərdə saat 20.00-da, digər yaşayış məntəqələrində isə saat 19.00-da bağlanacaq.

Beş il əvvəl olduğu kimi yenə prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır.

Bu iki namizəd prezident seçkilərinin ilk turunda müvafiq olaraq 27,85% və 23,15% səs toplayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti