Exit-poll: Fransada seçkilərin ikinci turunda Makron liderdir

      Exit-poll:    Fransada seçkilərin ikinci turunda Makron liderdir
  24 Aprel 2022    Oxunub:1062
"Emmanuel Makron Fransada keçirilən prezident seçkilərinin ikinci turunda 55-58 faiz səslə liderlik edir. Bu barədə Belçikanın LN24 telekanalı məlumat yayıb".
Qatı sağyönümlü milli siyasi partiyanın -"Milli Cəbhə"nin lideri Marin Le Pen 42%-45% arasında səs toplayır.

Fransada səsvermə bitməzdən əvvəl hər hansı ilkin səsvermə məlumatını və ya sorğunun nəticələrini dərc etmək qadağandır. Lakin bu məhdudiyyət digər ölkələrin mediasına şamil edilmir.

Seçki məntəqələri bazar günü saat 8:00-da açılıb. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq, bundan sonra Fransada ilkin məlumatların dərcinə başlanacaq.

Fransa prezidenti beş il müddətinə seçilir. Səsvermədə 49 milyona yaxın vətəndaş iştirak edə bilər. Birinci tur aprelin 10-da keçirilib, orada 12 namizəd iştirak edib. Makron və Le Pen ikinci tura keçiblər. Birinci turda hazırkı dövlət başçısı 27,84 faiz, Marin Le Pen isə 23,15 faiz səs toplayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti