Blinken Ostin gizli şəkildə Kiyevə gəliblər

    Blinken  və  Ostin  gizli şəkildə Kiyevə gəliblər
  25 Aprel 2022    Oxunub:1620
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bazar günü Kiyevə səfər ediblər. AzVision.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər yayıb.
Bildirilir ki, Blinken və Ostin amerikalı diplomatların bu həftədən etibarən mərhələli şəkildə Ukraynaya qayıdacaqlarını elan ediblər. Bundan əlavə, ABŞ nazirləri Ukraynaya birbaşa və dolayısı ilə 700 milyon dollardan çox hərbi yardımla bağlı məlumat veriblər.

“New York Times” qəzeti isə Dövlət Departamenti və Müdafiə Nazirliyi təmsilçilərinə istinadən yazıb ki, nəzərdə tutulan 713 milyon dollarlıq maliyyə yardımı Ukrayna və Şərqi Avropa ölkələri arasında bölüşdürüləcək. Qeyd olunur ki, Ostin və Blinken Vladimir Zelenski ilə görüşdə digər yardımlar ilə bağlı da bəyanatlar veriblər.

Müəllif qeyd edir ki, amerikalı nazirlərin səfəri həddindən artıq məxfi şəkildə planlaşdırıldığı üçün Blinkenlə Ostin ABŞ Hərbi Hava Qüvvələrinin yük təyyarələrində uçublar və onları məlum qurumların azsaylı əməkdaşları müşayiət ediblər.

Qəzetin məlumatına görə, Blinken və Ostinin Kiyev səfəri Rusiyanın müharibəyə başlamasından sonra yüksək rütbəli Amerika nümayəndələrinin Ukraynaya ilk səfəri sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti