"Ruslar Donbasda dəhşətli itkilər veriblər" - Arestoviç

   "Ruslar Donbasda dəhşətli itkilər veriblər" -    Arestoviç
  25 Aprel 2022    Oxunub:1570
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ölkədə davam edən müharibə ilə bağlı yeni məlumat yayıb. AzVision.az xəbər verir ki, o, Rusiya hərbçilərinin Donbasın işğal olunmuş ərazisində məcburi səfərbərlik həyata keçirdiyini söyləyib.
- İnsanlar rusların dayandıqları mövqelərin qarşısına- hücuma göndərilir və səfərbər olunanlar arasında xeyli sayda itkilər qeydə alınıb. Dəhşətli itkilər var ki, onları saymaq mümkün deyil. Bu məcburi səfərbərliyə alınanlar arasında minlərlə insan ölüb, - Aretoviç deyib.

O, fikirlərinə onu da əlavə edib ki, hazırda işğal olunmuş Donetsk vilayətinin qondarma xalq milislərinin bölmələri də darmadağın edilib. Onlar demək olar ki, fəaliyyətini dayandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti