Türkiyə “Pəncə-Qıfıl” əməliyyatının birinci mərhələsini başa vurdu

   Türkiyə “Pəncə-Qıfıl” əməliyyatının birinci mərhələsini başa vurdu
  25 Aprel 2022    Oxunub:892
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyatın birinci mərhələsi başa çatıb. Əməliyyatlar İraqla sərhəddə təhlükə aradan qalxana qədər davam edəcək.
Türkiyə ordusu 11 terrorçunu da məhv etdi
AzVision.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

- İraqın şimalında başladılan "Pəncə-Qıfıl” əməliyyatı uzun bir hazırlıq mərhələsinə, planlamaya uyğun olaraq lazımi qurumlar, təşkilatlar və qüvvələrlə koordinasiya prosesinə əsaslanır. "Pəncə-Qıfıl” əməliyyatlarının keçirildiyi zonada çoxlu mağaralar, sığınacaqlar və sözdə qərargah adlandırılan mövqelər var. Ona görə də bizim əməliyyatların yalnız birinci mərhələsi tamamlandı, - Akar jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri lazım olan yerlərə, nəzarət edəcəyi ərazilərə qurudan və havadan çataraq, oradakı hədəfləri ələ keçirib.

- Vurğulamaq lazımdır ki, ələ keçirilən hədəflər bu fazanın ilk mərhələsidir. Daha sonra bu fəaliyyət onların bütün "yuvalarına", mağaralarına, sığınacaqlarına və bunkerlərinə bir-bir girilərək davam edəcək. Bu, terrorçular zərərsizləşdirilənə qədər davam edəcək. O vaxta qədər davam edəcək ki, İraqın şimalından bizə heç bir terror təhlükəsi olmayacaq. Ona görə də bizim bir məqsədimiz var – terrorçular... Harada terrorçu varsa, biz də oradayıq. Bizim məqsədimiz budur, - nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə aprelin 18-də İraqın şimalındakı terror yuvalarını məhv etmək üçün xüsusi əməliyyata başlayıb. Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, "Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, “Pəncə Kilit” adlı əməliyyatda Metina, Zap və Avaşin-Basyan bölgələrində əvvəlcədən müəyyən edilmiş hədəflər vurulub".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Terror  



Xəbər lenti