"Bakı ilə İrəvanın sülh danışıqlarına töhfə veririk" - Rusiya XİN

   "Bakı ilə İrəvanın sülh danışıqlarına töhfə veririk" -    Rusiya XİN
  25 Aprel 2022    Oxunub:1474
"Moskva İrəvan və Bakı arasında sülh müqaviləsi üzrə danışıqlara kömək edir, tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq əzmindədir". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
O qeyd edib ki, digər ölkələrin də bu prosesə qoşulması təqdir edilir.

- Rusiya tərəfi İrəvan və Bakıya ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün bundan sonra da hər cür kömək etmək əzmindədir. Eyni zamanda biz üçüncü ölkələrin üçtərəfli səylərimizi tamamlaya biləcək və məntiqi geosiyasi oyunlara əsaslanmayan təşəbbüslərini alqışlayırıq. Xüsusilə, ikitərəfli Sərhəd Delimitasiyası Komissiyasına məsləhət yardımı göstərməyə və lazımi kartoqrafiya materiallarını təqdim etməyə hazırıq. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inkişafı üzrə konkret layihələrin tezliklə razılaşdırılmasına doğru gedirik, - Qonçar vurğulayıb.

O, həmçinin İrəvan və Bakının Ukrayna ilə bağlı balanslaşdırılmış mövqeyini də qeyd edib. Qonçarın sözlərinə görə, tərəfdaşlar hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası qarşısında milli maraqlara əsaslanan siyasət qururlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  



Xəbər lenti