Rusiya XİN: "Bakı ilə münasibətlərin səviyyəsinin yüksəlməsi təbii haldır"

   Rusiya XİN: "Bakı ilə münasibətlərin səviyyəsinin yüksəlməsi təbii haldır"
  25 Aprel 2022    Oxunub:1374
"Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi təbiidir, tərəflər ticari-iqtisadi və siyasi əlaqələri artırmaq niyyətindədirlər". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində deyib.
Diplomat xatırladıb ki, fevralın 22-də Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik haqqında Bəyannamə imzalanıb və bu, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırır.

"Bakı ilə İrəvanın sülh danışıqlarına töhfə veririk" - Rusiya XİN
- Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ kimi qiymətləndiririk və qeyd olunan Bəyannamənin bütün müddəalarını əzmlə həyata keçirmək istəyindəyindəyik, - Qonçar deyib.
O vurğulayıb ki, sənəd dövlətlər arasında ikitərəfli münasibətlərin bütün spektrini əhatə edir və daha sıx xarici siyasət koordinasiyasını, ticarət-iqtisadi əməkdaşlığın, (o cümlədən yanacaq-energetika və maliyyə sahələrində) qurulmasını nəzərdə tutur.

- Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlişinə gətirib çıxardı. Müttəfiqlik haqqında Bəyannamənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması çox simvolikdir, - diplomat fikrini bu cümlələrlə yekunlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Azərbaycan  



Xəbər lenti