İrəvan meri: "Ruslar şəhəri təmizləyir, biz isə çirkləndiririk"
- Hazırda müəyyən şəxslərə qarşı inzibati xətalar haqqında protokollar tərtib edilmir. Mən utanıram ki, Rusiya Federasiyasından gələn vətəndaşlar şəhəri təmizləməyə başlayıblar. Biz isə onu çirkləndirməkdə davam edirik, - Sarkisyan gileylənib.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə İrəvanda və bölgələrdə müxtəlif təmizlik aksiyaları təşkil edən əcnəbi vətəndaşların videolar yayılmışdı.
Mer hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edərək, artıq prosedurların sadələşdirildiyini, onların əllərində olan planşetlərdən istifadə edərək qaydanı pozanları tez bir zamanda müəyyən edə bildiklərini xatırladıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan







Vaxtında, Aydın, Lazımlı!


