Yoldaşlarını 1400 dollara satan erməni zabit tutuldu

  Yoldaşlarını 1400 dollara satan erməni zabit tutuldu
  25 Aprel 2022    Oxunub:840
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin Silahlı Qüvvələrinin zabitini saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, o dövlətə xəyanətdə ittiham olunur. Belə ki, zabit 1400 dollar qarşılığında başqa bir ölkənin xüsusi xidmət orqanlarına xaricdə hərbi akademiyada təhsil aldığı tələbə yoldaşları, eləcə də öz hərbi hissəsinin komandir heyəti ilə bağlı informasiyalar ötürüb.

Bununla yanaşı, zabit 44 günlük müharibə zamanı istifadə olunan texnika və texnika ilə bağlı itkilər barədə məlumatları da qarşı tərəfə ötürüb.

AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti