İrəvanda aksiya: "Köhnələr hakimiyyətə qayıtmasın"
"Biz onun cəmiyyətimizi niyə parçalamağa çalışdığını izah etməyi tələb edirik" - etirazçılar deyiblər.
Əraziyə toplaşan aksiya iştirakçıları parlamentin spikeri ilə selfi çəkdirib, həmçinin Ermənistanın baş nazirinə dəstək şüarları səsləndiriblər.
Etirazçılardan biri jurnalistlərə deyib ki, rəhbərlik radikal tədbirlər görməli, “köhnələrin” hakimiyyətə qayıtmasının qarşısını almaq üçün “dəmir mandat” və “çəkic”dən istifadə etməlidir.
Simonyan isə kütləyə maraqlı çağırışlar edib:
"Bəs sizcə, biz seçkilərdə necə qalib gəldik? Biz də dözdük, qanuna tabe olduq. Onlar(Qarabağ klanı-red.) kimi olmamalıyıq. Yaşadığımız hər şeydən və bu qədər zərbələrdən sonra gücümüzü qoruyub saxlaya biliriksə, bu, ancaq öz öhdəliyimiz, prinsiplərimiz sayəsindədir”.
Ermənistan parlamentinin spikeri aksiya iştirakçılarının bütün tələblərini baş nazirə çatdıracağına söz verib.
Qeyd edək ki, aprelin 25-də Ermənistan müxalifəti müxtəlif növ etiraz aksiyaları keçirməyə başlayıb. Ermənistan ərazisində, xüsusən İrəvanda yürüşlər və piketlər, aclıq aksiyaları təşkil edilir. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində qondarma rejimin bayraqları ilə hərəkət edirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


