Silah-sursat tapıldı

Silah-sursat tapıldı
  04 Aprel 2013    Oxunub:1227
Gəncə şəhəri ərazisindən hərbi sursat tapılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsi əməkdaşları şəhər ərazisində 1 ədəd "AK-74" markalı silahı, 8 ədəd qumbaranı, 20 ədəd dinamiti, 12 ədəd fişəngi, 641 ədəd müxtəlif çaplı patronu və 16 ədəd güllə darağı tapıblar.

Tapılan silah-sursat Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib. Hazırda faktla bağlı idarədə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti